İsrail Livanla sərhədə yaxın üç bölgəni qapalı hərbi zona elan etdi
Agah.az xəbər verir ki, İsrail ordusu Livanla sərhədinə yaxın üç yaşayış məntəqəsinin ərazisini qapalı hərbi zona elan edib. Ordunun mətbuat xidməti bu barədə məlumat yayıb. Bildirilib ki, vəziyyətin qiymətləndirilməsindən sonra İsrailin şimalında yerləşən Metula, Misgav Ama və Kfar Giladi yaşayış məntəqələri qapalı hərbi zona elan edilib.
Bu qərar, İsrailin Livan ərazisində gözlənilən quru əməliyyatı ehtimalları fonunda verilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden Livanda “Hizbullah”a qarşı planlaşdırılan quru əməliyyatına dəstək verməyəcəyini açıqlamışdı.
Açar sözlər: İsrail Livan sərhədi, qapalı hərbi zona, Metula Misgav Ama Kfar Giladi, İsrail quru əməliyyatı, Livan “Hizbullah” əməliyyatı
Açar cümlələr: İsrail Livanla sərhəd bölgələrini qapalı hərbi zona elan etdi, İsrailin şimalında qapalı hərbi zonalar yaradıldı, Livanda “Hizbullah”a qarşı gözlənilən əməliyyat
(055) 436-46-45