Bakı-Quba yolunda hərəkət tam olaraq dayandı – AÇIQLAMA

Dostuna göndər xəbərdən agah olsun:

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət tam dayanıb.

Belə ki, səhər saatlarından yolun hər iki tərəfində bu hal yaşanıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin yolun hər iki tərəfində elektron tərəzilər quraşdırılır:

“Orada növbəli keçid yaradılıb. Şənbə günü olduğu üçün sözügedən ərazidə  hərəkət axını çox olub və qısa müddətlik intensivlik dayanıb. Oraya əməkdaşlar cəlb edilib və tədbirlər görülüb. Hazırda problem yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl də sosial şəbəkələrdə Bakı-Quba yolunda aparılan təmir işlərinin nəqliyyatın hərəkətində təhlükəli vəziyyət yaratmasına dair videogörüntülər yayılmışdı.

Belə ki, bəzi sürücülər səbirsizlik nümayiş etdirərək yolun məhdudiyyət tətbiq olunan hissəsindən yan keçmək məqsədilə torpaq yoldan istifadə etməklə, əsas yola çıxmağa çalışıb ki, bu da sürüşmə, aşma, toqquşma kimi qəzalı vəziyyətlərin, süni sıxlığın, eləcə də digər hərəkət iştirakçılarında haqlı narazılıqların yaranmasına səbəb olmuşdu.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)