Azərbaycanda bu tarixdən hava kəskin pisləşəcək – Güclü külək, leysan… – XƏBƏRDARLIQ

Dostuna göndər xəbərdən agah olsun:

Avqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, 19-u gündüzdən 20-si gündüzədək isə bəzi yerlərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə AGAH.AZ xeber verir   ki, leysan xarakterli olacağı, dolu düşəcəyi, əsasən Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Şərq küləyi 15-18 m/s, 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi ehtimalı var.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)