Xamənei və Pezeşkian İsrailin Beyrutu bombalamasını pisləyib

Xamənei və Pezeşkian İsrailin Beyrutu bombalamasını pisləyib
Dostuna göndər xəbərdən agah olsun:

İsrail Livan “Hizbullah”ının güclü strukturuna ciddi ziyan vura bilməyəcək qədər kiçikdir.

 

Agah. Az İRNA-ya istinadən xəbər verir ki, bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei sentyabrın 27-də Beyrutun İsrail Hərbi Hava Qüvvələri tərəfindən bombalanmasına münasibət bildirərkən deyib.

 

Seyid Əli Xamenei Livandakı son hadisələrlə bağlı ismarışlar verərək deyib: “Livan xalqı bir zamanlar qəsbkar rejimin hərbçiləri ölkəni zəbt etdiyini unutmayıb. Beyruta qədər onların ayağını “Hizbullah” kəsmişdi”.

 

İran Prezidenti Məsud Pezeşkian da Beyruta son hücumlarla bağlı müraciətində İsrailin əməllərinə dünya birliyini cavab verməməkdə ittiham edib. O, beynəlxalq ictimaiyyəti, xüsusilə islam dövlətlərini bu əməlləri qətiyyətlə pisləməyə çağırıb.

 

Sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin Livan “Hizbullah”ının Beyrutdakı mərkəzi qərargahını bombalaması nəticəsində hərəkatın başçısı Həsən Nəsrullah və başqa yüksək vəzifəli şəxslərin öldüyünə dair məlumat yayılıb.

 

Xamənei və Pezeşkian ismarışlarında Həsən Nəsrullah və başqalarının adlarını çəkməyib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45