Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
Ağcabədi rayonunda çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarınıb keçirdikləri tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Məhəmməd Əliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qulluqla yetişdirilən çətənə bitkiləri və evindən marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45