Gürcüstan Prezidenti “Amnistiya haqqında” qanunu imzalayıb

Gürcüstan Prezidenti “Amnistiya haqqında” qanunu imzalayıb
Dostuna göndər xəbərdən agah olsun:

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi yüzlərlə məhbusun azad edilməsini nəzərdə tutan “Amnistiya haqqında” qanunu imzalayıb.

Bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

Qeyd olunub ki, o, eyni zamanda hakim partiyanın bu təşəbbüsünü seçkiqabağı seçiciləri dolayı yol ilə ələ almaq kimi adlandırıb.

“Gürcüstan parlamentinin hakimiyyətdə olan partiyanın təşəbbüsü ilə seçkilərdən əvvəl “Amnistiya haqqında” qanunu qəbul etməsi birmənalı olaraq seçiciləri dolayı yol ilə ələ almaqdır”, – prezident administrasiyasının saytında yerləşdirilən məlumatda bildirilib.

Sentyabrın 17-də qəbul edilmiş qanun layihəsinə əsasən, amnistiya Gürcüstanda 5 mindən çox məhbusu əhatə edəcək, onlardan mindən çoxu dərhal azadlığa buraxılacaq, digərlərinin isə həbs müddəti azaldılacaq.

Yerli KİV-lər bildirib ki, hazırkı amnistiya ölkə həbsxanalarında məhbusların sayının azaldılması istiqamətində ilk addımdır. Bu il avqustun 1-nə olan məlumata görə, Gürcüstan həbsxanalarında 10 419 nəfər var.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45