Nəsimi rayonunda motosiklet avtomobillə toqquşub

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Agah.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Məmmədli Elvin Məmməd oğlu idarə etdiyi motosiklet ilə avtomobillə toqquşub. Nəticədə E. Məmmədli xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Açar sözlər: Nəsimi, yol-nəqliyyat hadisəsi, motosiklet, xəsarət, xəstəxana
Açar cümlələr: Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Motosiklet avtomobillə toqquşub, yaralı xəstəxanaya çatdırılıb.