Azərbaycanda 8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib

Azərbaycanda 8 ayda dövlət xəttilə 338 milyon manat ipoteka krediti verilib
Dostuna göndər xəbərdən agah olsun:

Bu ilin yanvar-avqust aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 337,7 milyon manat kredit verilib.

 

Azərbaycan Mərkəzi Bankına xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 % azdır.

 

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 10,1 % azalaraq 280,7 milyon manat olub.

 

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 59,1 % artaraq 350 milyon manata çatıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə dəyişməyərək 65,7 milyon manat qalıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45