Ərdoğan Yunanıstanın baş naziri ilə dəniz zonalarının müəyyənləşdirilməsi məsələsini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ötən gün Nyu-Yorkda keçirilən görüşdə xarici işlər nazirlərinə dəniz zonalarının müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin başlanmasının mümkünlüyünü öyrənməyi tapşırıblar.
“Agah. Az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri (XİN) Giorgos Gerapetritis BMT Baş Assambleyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Hər iki ölkənin liderləri xarici işlər nazirlərinə vəziyyəti öyrənməyi, kontinental şelfin və iqtisadi zonanın delimitasiyası üzrə danışıqlara başlamaq üçün əlverişli şəraitin olub-olmadığını öyrənməyi tapşırıblar”, – Yunanıstanın XİN başçısı bildirib.
Onun sözlərinə görə, region üçün hər zaman ciddi problem olan miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb: “Təhlükəsizlik Şurasının qərarları çərçivəsində müzakirələrin bərpa olunacağını gözləyirik. Təbii ki, gələcək addımların qrafiki müzakirə olunub”.
(055) 436-46-45