AMB-də rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması müzakirə edilib

AMB-də rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması müzakirə edilib
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Mərkəzi Bankında (AMB) banklarla innovativ maliyyə texnologiyalarının tətbiqi və rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması müzakirə edilib.

 

AMB xəbər verir ki, müzakrələr qurumun baş direktoru Vüsal Xəlilovun “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinə üzv olan bankların nümayəndələri ilə görüşündə baş tutub.

 

Bankların bu istiqamətdə icra olunan layihələrə nəzarət tədbirlərini gücləndirməsinin, layihələrin idarə edilməsinin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb. Görüşdə həmçinin layihələrin icra müddətlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb, effektiv fəaliyyət üçün bir sıra tədbirlərin icrası barədə qərar qəbul olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45