Kür çayı üzərində yeni dəmir yolu körpüsü istismara verilir

Dostuna göndər xəbərdən agah olsun:

Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmiryol körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib.
“Agah.az” xəbər verir ki, Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270,5 metr, eni isə 5,7 metrdir. Hər iki körpünün layihələndirilməsi 100% yerinə yetirilib, tikinti işlərinin 98%-i yekunlaşıb.

Qeyd edək ki, bu körpülər dəmir yolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq. Yaxın zamanda körpülərin tam istimara verilməsi planlaşdırılır.

Kür çayı üzərində yeni dəmir yolu körpüsü istismara verilirKür çayı üzərində yeni dəmir yolu körpüsü istismara verilir

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)