18 yaşlı futbolçu bədbəxt hadisə nəticəsində vəfat edib

Belarusun “BQU” (Mins) klubunun futbolçusu Fyodor Poloneyçik bədbəxt hadisə nəticəsində vəfat edib.
18 yaşlı oyunçu ötən gün avtomobil qəzasında ölüb.
Qeyd edək ki, Poloneyçik Minsk Futbol Akademiyasının yetirməsi olub. “BQU” kollektivi Belarus çempionatının ikinci liqasında mübarizə aparır.