Yarıçılpaq vəziyyətdə gəzən gənc sosial şəbəkələrdə müzakirələrə səbəb oldu
Agah.az xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsində yarıçılpaq vəziyyətdə gəzən bir piyada diqqət çəkib. Xoşagəlməz mənzərə sentyabrın 22-də səhər saatlarında qeydə alınıb.
Videoda gənc oğlan hamam xalatında, bədəni açıq və ayaqyalın halda səkiylə hərəkət edir və öz-özünə danışır. Hadisə şahidlərinin bildirdiyinə görə, gənc bu vəziyyətdə yol boyu hərəkətini davam etdirib.
Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər arasında bəzi şəxslər gəncin narkotik vasitənin təsiri altında olduğunu, digərləri isə psixoloji problemlərinin ola biləcəyini iddia edib.
Açar Sözlər: yarıçılpaq piyada, Binəqədi rayonu, sosial şəbəkə, narkotik təsiri, psixoloji problem.
Açar Cümlələr: yarıçılpaq gənc, sosial şəbəkələrdə müzakirələr, psixoloji problemlər, narkotik təsiri.
(055) 436-46-45