YAP parlamentin sədri postuna namizədini irəli sürdü

YAP parlamentin sədri postuna namizədini irəli sürdü
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) yeni seçilmiş deputatlarının iclası keçirilir. İclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib. Partiyanın Milli Məclis sədri postuna Sahibə Qafarova namizəd göstərilib.

Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisə rəhbərlik edib. Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək və parlamentin sədri ilə müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclasında VII Çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticələri təsdiqlənib.

Açar Sözlər: YAP iclası, Sahibə Qafarova, Milli Məclis sədri, VII Çağırış, parlament iclası.

Açar Cümlələr: YAP-ın yeni deputatlarının iclası, Sahibə Qafarovanın namizədliyi, Milli Məclisin sədri seçkiləri.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45