“Quba” klubu heyətini yeni basketbolçu ilə gücləndirib

“Quba” klubu heyətini yeni basketbolçu ilə gücləndirib
Dostuna göndər xəbərdən agah olsun:

“Quba” klubu heyətini yeni basketbolçu ilə gücləndirib.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Şəhriyar Əsgərovun baş məşqçisi olduğu komanda ABŞ-dən olan Simeon Jozef Kirklandla anlaşıb.

O, mövsümün sonunadək “Quba”nın formasını geyinəcək. 26 yaşlı oyunçu artıq düşərgəyə qoşulub.

Qeyd edək ki, Simeon Jozef Kirkland karyerası ərzində “Souzvestern” kolleci, “Alabama-Birminqem” universitet, həmçinin “İverioni”(Gürcüstan) və “Primorye” (Monteneqro) klublarında oynayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45