Mahaçqaladakı partlayışda 119 nəfər xəsarət alıb

Dostuna göndər xəbərdən agah olsun:

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı 119 nəfər xəsarət alıb.

Bu barədə Rusiyanın Baş nazirin müavini Tatyana Qolikova məlumat verib.

“Təəssüf ki, hadisə nəticəsində 20-si uşaq olmaqla 119 nəfər xəsarət alıb, həmçinin üçü uşaq olmaqla 35 nəfər həyatını itirib” – deyə T. Qolikova vurğulayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)