Bakıda oğurluqda telefon oğurluğunda şübhəli bilinən 2 nəfər saxlanıldı

Agah.az xəbər verir ki, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 15-də rayon ərazisində yerləşən iaşə obyektində bir nəfərin 2200 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən C.Dadaşlı saxlanılıb.
Həmçinin, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşları sentyabrın 17-də rayon ərazisində yerləşən parkda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Əhmədovu müəyyən edərək saxlayıb.
Faktlarla bağlı araşdırma aparılır.
Bakıda iki oğurluq hadisəsi, iki şəxs saxlanıldı