Bakıda dələduzlar DİN əməkdaşları kimi özlərini təqdim edirlər

Bakıda dələduzlar DİN əməkdaşları kimi özlərini təqdim edirlər
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakıda məktəblərin “WhatsApp” qruplarında yayılan məlumatlara əsasən, özlərini nazirliyin əməkdaşı kimi təqdim edən bir qrup şəxs vətəndaşlardan şəxsiyyət vəsiqələrinin olub-olmadığını soruşur. Onlar, eyni zamanda, biometrikadan keçməli olduqlarını bildirərək, əllərində notebook, biometrik cihaz və sakinlərin siyahısının olduğunu iddia edirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı, Oxu.Az-ın sorğusuna cavab olaraq, bu barədə polis orqanlarına məlumatın daxil olmadığını bildirib.

“Əgər hansısa vətəndaş bu halda dələduzluğa məruz qalma riski ilə üzləşərsə və ya şübhə yaranarsa, polisə, eləcə də “102” Xidməti-Zəng Mərkəzinə məlumat verməyi tövsiyə edirik,” – deyə açıqlama verilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45