Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq ölümünə səbəb olub.
Hadisə Sabunçu rayonunda baş verib. 1989-cu il təvəllüdlü Eyvaz İsmayılov idarə etdiyi “Lada Priora” markalı avtomobillə 1982-ci il təvəllüdlü Kamil Məmmədovu vurub. Nəticədə piyada hadisə yerində həyatını itirib.
Avtomobildə olan sərnişin Elvin Musazadə isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb və araşdırmalar davam edir.