Yol Polisinin “saxla” əmrinə tabe olmayan sürücü həbs edildi

Yol Polisinin “saxla” əmrinə tabe olmayan sürücü həbs edildi
Dostuna göndər xəbərdən agah olsun:

Bakıda yol polisinə tabe olmayan sürücü həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumata görə, DYP əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozan 10-XM-064 dövlət nömrə nişanlı Niva (VAZ-21214) avtomobilinin sürücüsünə “saxla” əmri verilsə də, o, hərəkətini davam etdirib. Sürücü daha sonra bu hadisənin görüntüsünü sosial şəbəkədə paylaşaraq polisin tələbini yerinə yetirmədiyini nümayiş etdirib.

Görülən tədbirlər nəticəsində sürücü Yasin Quliyev Nizami Rayon Polis İdarəsinin DYP şöbəsi tərəfindən saxlanılıb və qanuni tələblərə tabe olmadığı üçün polis bölməsinə təhvil verilib.

Toplanmış materiallar əsasında məhkəməyə göndərilən Yasin Quliyev, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən səkkiz sutka inzibati həbs cəzası alıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45