Rüşvətə görə həbsdə olan vəzifəli şəxslərin cəzaları azaldıldı

Şirvan Apellyasiya Məhkəməsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Zaur Adilov və Səyyar vergi yoxlamaları şöbəsinin rəisi Əjdər Əliyevin apellyasiya şikayətini qismən təmin edib.
Onların cəzaları 8 ilə endirilib və dövlət və yerli idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan 1 il 6 ay məhrum ediliblər.
Zaur Adilov və Əjdər Əliyev rüşvət almaqda təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunublar.