SOCAR Qarabağ və Şərgi Zəngəzurda BOEM sahəsində layihələr həyata keçirməyi planlaşdırır

SOCAR Qarabağ və Şərgi Zəngəzurda BOEM sahəsində layihələr həyata keçirməyi planlaşdırır
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələri sahəsində bir sıra layihələr həyata keçirməyi planlaşdırır.

 

Bunu SOCAR-ın Enerji keçidi, ətraf mühit və dekarbonizasiya seqmenti üzrə vitse-prezidentinin müavini Teymur Quliyev Bakıda keçirilən “Caspian Energy Forum”da çıxışı zamanı bildirib.

 

“Qarabağda və Şərqi Zəngəzurda bərpa olunan enerji mənbələrinin inkişafı ilə bağlı bir neçə layihəmiz var. Onların arasında Böyük Britaniyanın BP və Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirilməsi planlaşdırılan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyasının tikintisi də var. Bu stansiya faktiki olaraq Səngəçal terminalını enerji ilə təmin edəcək”, – o bildirib.

 

T.Quliyev əlavə edib ki, geotermal mənbələr əsasında istehsal gücünün yaradılması planlaşdırılır: “Arxivlər araşdırılır. Layihənin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılır, çünki burada infrastruktur sıfırdan yaradılır. Onun layihələndirilməsi və tikintisi zamanı geotermal resurslardan istifadə imkanları nəzərə alınacaq”.

 

O vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birlikdə Laçın rayonunda 100 MVt-a yaxın gücü olan külək elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45