Blokda arvadını bıçaqlayan şəxs məhkəmə zalından həbs edildi
Gəncə ağır cinayətlər məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Məhəmməd Fərhadovun (soyadı şərti) cinayət işi üzrə hökm oxunub.
Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Məhəmməd Fərhadov 3 il 2 ay 3 gün azadlıqdan məhrum edilib və dərhal həbs olunub.
İttihama görə, 24 fevral 2023-cü il tarixində, Bərdədə, Məhəmməd keçmiş arvadı Arzu Quliyeva (soyadı şərti) ilə mübahisə zamanı ona bıçaqla xəsarətlər yetirib. Hadisədən sonra təqsirləndirilən şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45