Xətai rayonunda kütləvi dava: Tələbə xəncərlə vurulub

Xətai rayonunda kütləvi dava baş verib.
APA xəbər verir ki, 5 nömrəli Peşə Liseyinin 4-cü kurs tələbəsi 19 yaşlı Elmir Ramil oğlu Nəsirov sözügedən təhsil ocağının tələbəsi ilə mübahisə edib. Mübahisə zamanı tələbə E.Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.
(foto şərtidir)