Bakıda dörd kondisioner oğurlanıb

Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Nəsimi rayonu ərazisində yerləşən bazarda obyektlərin birinin qarşısında 2 kondisionerin və 5 soyuducunun yararsız hala salınması, 4 kondisionerin isə oğurlanması barədə polisə məlumat daxil olub.
Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən R.Mirzəyev saxlanılıb.
Araşdırma aparılır.