“Lənkəran” daha bir basketbolçunun keçidini rəsmiləşdirib
“Lənkəran” klubu heyətini daha bir basketbolçu ilə gücləndirib.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Klub 20 yaşlı basketbolçu Varid Ağasızadə ilə güclənib. Onunla 1 illik müqavilə imzalanıb. Oyunçunun son klubu “Sərhədçi” olub.
Ağasızadə həm də Azərbaycanın U-20 millisinin üzvüdür.
Qeyd edək ki, “Lənkəran” bundan əvvəl Azərbaycanın U-18 və U-20 millilərinin basketbolçusu Rəşid Abbasov və amerikalı Qreqori Miltonu heyətinə qatıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45