Ağcabədidə yol qəzasında yaralanan azyaşlı Bakıya gətirilib

Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində ağır yaralanan azyaşlı uşaq Bakıya gətirilib.
Report.az xəbər verir ki, 12 yaşlı N.Ş-nin müalicəsinin Bakıda davam etdirilməsi barədə qərar qəbul edilib.
Nəticədə paytaxta gətirilən azyaşlıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və o, reanimasiya şöbəsinə yerləşdirilib.