Qaradağ rayonunda avtomobil uşağı vurub

Lökbatan qəsəbəsində marşrut avtobusu 8 yaşlı uşağı vurub.
31 yaşlı Asdan Hüseynovun idarə etdiyi “İsuzu” markalı marşrut avtobusu velosipedlə hərəkətdə olan 2016-cı il təvəllüdlü Nicat Quliyevi vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.