Türkiyədə 6 terror aktının iştirakçısı olan 2 təhlükəli terrorçu öldürülüb
Türkiyədə altı terror aktının iştirakçısı olan iki təhlükəli terrorçu öldürülüb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, qırmızı bülletenlə axtarılan Hebun Piro Amed kod adlı Zıran Taş və boz bülletenlə axtarılan Botan kod adlı Fehmi Başkurt öldürülüb.
Z.Taş Amed vilayət rəhbəri olub.
Məlumata görə, adıçəkilən terrorçular 2020, 2021, 2022 və 2023-cü illərdə dəfələrlə terror aktları törədiblər. Bu terror aktları nəticəsində ümumilikdə 5-i mülki şəxs olmaqla 8 nəfər şəhid olub, 4 təhlükəsizlik işçisi isə yaralanıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45