Biləsuvarda yol qəzasında ağır xəsarət alan azyaşlı paytaxt xəstəxanasına təxliyə olunub
Biləsuvar rayonunda yol-nəqliyyat qəzasında ağır xəsarət alan azyaşlı paytaxt xəstəxanasına təxliyə olunub.
Vəziyyəti ağır olan 2018-ci il təvəllüdlü K.Yəhyayev Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb.
Qeyd edək ki, sentyabrın 15-də baş verən hadisə zamanı ata öz avtomobili ilə övladına ağır xəsarət yetirib. Daha sonra azyaşlı ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45