Pakistanın Azərbaycandakı səfiri iki ölkənin işgüzar dairələrinə çağırış edib

Pakistanın Azərbaycandakı səfiri iki ölkənin işgüzar dairələrinə çağırış edib
Dostuna göndər xəbərdən agah olsun:

 

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin iki ölkənin işgüzar dairələrini əməkdaşlığı gücləndirməyə çağırıb.

 

“Report” xəbər verir ki, diplomat çağırışını Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda edib.

 

“Ölkələrimiz tərəqqiyə və rifaha dair ümumi baxışla birləşərək, qarşılıqlı hörmət və bütün sahələrdə əməkdaşlığa əsaslanan uzunmüddətli qardaşlıq münasibətlərini dəstəkləyirlər. Bu gün biz misilsiz imkanların astanasındayıq. İqtisadiyyatlarımızın şaxələndirilməsi və strateji mövqeyimiz hər iki ölkəni regional və qlobal bazarlarda mühüm oyunçu və tərəfdaşa çevirir”, – o bildirib.

 

Səfirin sözlərinə görə, Azərbaycan və Pakistan unikal resurslarından və imkanlarından istifadə edərək, davamlı inkişafa və faydaya töhfə verə bilər: “Biz bu üstünlükləri, o cümlədən qonşu ölkələrə və regionlara da şamil edə bilərik”.

 

O qeyd edib ki, iki ölkənin sahibkarları Pakistan və Azərbaycan rəhbərliyinin baxışını nəzərə alaraq, ticarət əlaqələrinin gücləndirilməsinə və investisiyaların artırılmasına diqqət yetirməlidirlər: “Biz birgə səylərlə ölkələrimizin sosial-iqtisadi inkişafına töhfə verəcək əməkdaşlıq üçün möhkəm zəmin yarada bilərik”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45