Bakıda dənizdə batan dörd nəfərdən ikisinin meyiti tapılıb – YENİLƏNİB

Avqustun 15-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən iki km aralı, nəzarətsiz ərazi) batan dörd nəfərdən ikisinin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Digər şəxslərin axtarışları davam etdirilir.