Bakıda cinayət törədən şəxslər tutulub. 22 min dollarlıq oğurluq
Bakının dələduzluq və oğurluq halları qeydə alınıb.
Agah.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisələr Binəqədi və Nəsimi rayonlarında baş verib.
Nəsimi rayonunda 41 yaşlı E.Cəfərov və 48 yaşlı R.Şükürov bir nəfərin 3000 AZN pulunu dələduzluq yolu ilə əldə etməkdə şübhəli bilinərək saxlanılıb.
Binəqədi rayonunda isə 23 yaşlı C.Məmmədov bir nəfərin 22.000 ABŞ dollarını oğurlamaqda şübhəli bilinərək tutulub.
Hər 2 faktla bağlı araşdırmalar davam edir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45