Qəbələdə narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb

Qəbələdə narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb
Dostuna göndər xəbərdən agah olsun:

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Elnur Məmmədov, qohumu Samir Əsədov və Cəsur Hüseynov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib ki, onlardan 2 kiloqram 300 qram marixuana və metamfetamin aşkar olunub.

Saxlanılanlar narkokuryerliyə cəlb edildiklərini və pul qarşılığında narkotik vasitələri Gəncə şəhərinə aparmağa razılaşdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılanların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45