Suraxanıda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Suraxanı rayonunda yol qəzası zamanı ölüm hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, qəza aeroport şosesində baş verib.
Yolu keçən şəxsiyyəti naməlum kişini “Chevrolet” markalı avtomobil vurub.
Yüksək sürətli şosedən əks tərəfə keçmək istəyən piyada aldığı xəsarətlərdən ölüb.
Fakt Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.