Qızılın qiyməti hal-hazırda ən bahalı həddədir

Qızılın qiyməti hal-hazırda ən bahalı həddədir
Dostuna göndər xəbərdən agah olsun:

“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) ticarət zamanı 2024-cü ilin dekabrında çatdırılma şərtilə qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib.

Agah.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Ticarət sessiyası zamanı qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 2572.3 dollar (+1.8%) təşkil edib.

Qeyd edək ki, sonuncu rekord 20 avqust 2024-cü il tarixində (2 550 dollar) qeydə alınmışdı.

Dostuna göndər xəbərdən agah olsun: