Bakıda 3 min manatlıq velosiped oğurlanıb

Paytaxtın Yasamal rayonunda velosiped oğurluğu baş verib.
“Agah.az” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib. Rayon sakinlərin birinə məxsus 3000 manatlıq velosiped oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən İslam Babayev saxlanılıb.