İsraildə avtomobilin partladılması nəticəsində 13 nəfər yaralanıb

İsraildə avtomobilin partladılması nəticəsində 13 nəfər yaralanıb
Dostuna göndər xəbərdən agah olsun:

İsrailin Təl-Əviv şəhərinin cənub-qərbində yerləşən Ramla şəhərində avtomobilin partlaması nəticəsində azı 13 nəfər xəsarət alıb.

 

“Report” “Ynet” portalına istinadən xəbər verir ki, bu barədə ölkənin təcili yardım xidməti məlumat yayıb.

 

Məlumata görə, partlayış nəticəsində iki mağaza yanıb, yanğınsöndürənlər hadisə yerindədir.

 

“Zərərçəkənlərdən 5-nin vəziyyəti ağırdır, 1 nəfər ağır, 2 nəfər isə orta-ağır xəsarət alıb. Yaralılar arasında 4 uşaq da var”, – məlumatda deyilir.

 

Qeyd olunub ki, polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45