Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında diş implantları və aksessuarlarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
Komitə xəbər verir ki, Roma–Bakı aviareysi ilə gələn iki nəfər ölkə vətəndaşı “Yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilib və rentgen qurğusu ilə onların baqaj yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.
Yoxlama zamanı onlara məxsus çamadanlardan gömrük orqanlarına bəyan edilməyən 471 ədəd diş implantı və 149 ədəd diş implantı aksessuarı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
(055) 436-46-45