Xətaidə yeniyetməni maşın vurub

Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, 15 yaşlı Camal İsmayıl oğlu Muxtarov avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada sol qasıq sümüklərinin sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.