Səbail rayonunda restoranda yanğın baş verib

Səbail rayonunda restoranda yanğın baş verib
Dostuna göndər xəbərdən agah olsun:

Paytaxtın Səbail rayonunda üçmərtəbəli yaşayış binasının zirzəmisində yanğın qeydə alınıb.

Agah.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, ümumi sahəsi 150 kv.m olan restoranın mətbəxinin lambirdən ibarət tavanı 10 kv.m sahədə, elektrik kabeli və havalandırma qurğusu yanıb.

Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45