Gecə Bakıda baş verən silahlı insidentin ANBAAN GÖRÜNTÜLƏRİ

Gecə Bakıda baş verən silahlı insidentin ANBAAN GÖRÜNTÜLƏRİ
Dostuna göndər xəbərdən agah olsun:

Ötən gecə paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində evə basqın edən şəxsin zərərsizləşdirilməsinin görüntüləri yayılıb.

“Qafqazinfo” qonşulardan birinin hadisə yerindən telefonla çəkdiyi videonu əldə edib.

Videodan görünür ki, çağırış üzrə əraziyə gələn polis əməkdaşları dəfələrlə şübhəli şəxsə xəbərdarlıq edir və yerə uzanmasını tələb edirlər.

Lakin həmin şəxs atəş açaraq müqavimət göstərir. Bunu görən polis əməkdaşları əks-atəş açaraq cinayətkarı zərərsizləşdirir.

Gecə Binəqədi rayonunda baş verən silahlı insidentin ANBAAN GÖRÜNTÜLƏRİ

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45