Bakıxanov qəsəbəsində avtobus piyadanı vurub

Bakıxanov qəsəbəsində avtobus piyadanı vurub
Dostuna göndər xəbərdən agah olsun:

Sabunçu rayonunda avtobus piyadanı vurub.

Hadisə rayonun Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində baş verib.

62 yaşlı Akif Ələkbərli 46 saylı marşrut xətti üzrə “Daewoo” markalı avtobusla yolu keçən piyadanı vurub. Nəticədə 53 yaşlı Elmidar Kazım oğlu Xudiyev dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45