Bakıda marketdə istehsal tarixi saxtalaşdırılan qida məhsulları aşkarlanıb

Bakıda marketdə istehsal tarixi saxtalaşdırılan qida məhsulları aşkarlanıb
Dostuna göndər xəbərdən agah olsun:

Qida Təhlükəsizliyi Agentliyi paytaxt ərazisindəki ticarət və ictimai iaşə obyektlərinin monitorinqini davam etdirir.

Keçirilən yoxlama zamanı Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 70, 72 m. blok 7 ünvanında fəaliyyət göstərən “Unityfood LTD” MMC-yə məxsus ticarət obyektində, eləcə də ticarət obyektinin anbarında idxalçı müəssisənin qida məhsulları üzərində bəyan edilən yararlılıq müddətini saxtalaşdırdığı müəyyən edilib.

Belə ki, yararlılıq müddəti bitmiş məhsulların üzərindəki tarixlər silinərək, bəzi qablaşdırmalarda isə həmin hissənin kəsilib götürülərək üzərinə yeni istehsal tarixi və yararlılıq müddəti qeyd olunan stikerlərin yapışdırıldığı və ya xüsusi avadanlıqla yeni tarix qeyd olunaraq satışa təqdim edildiyi məlum olub.

Aşkar saxtalaşdırma əlamətləri olan məhsul partiyalarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib. Həmçinin aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək və hazırda fakt üzrə yoxlama prosesi davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45