Həsən Bəy Zərdabi prospektinin bir hissəsində asfaltlanma işləri yekunlaşıb
Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində aparılan təmir işləri davam etdirilir.
Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, küçənin “Qələbə dairəsi”ndən “20 Yanvar” dairəsi istiqamətində asfaltlanma işləri artıq yekunlaşıb. Bu gündən etibarən küçənin əks istiqaməti üzrə, yəni “20 Yanvar” dairəsindən “Qələbə dairəsi” istiqamətində təmir işlərinə start verilib.
Aparılan işlər çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, ərazi asfaltlanma üçün hazır vəziyyətə gətirilir. Ardınca isə “İnşaat Norma və Qaydaları”na əsasən küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Aparılan işlərə uyğun sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.
Qeyd edək ki, aparılan təmir işləri ilə əlaqədar küçə boyu hissə-hissə avtonəqliyat vasitələrinin hərəkəti məhdudlaşdıraraq alternativ küçələrə yönəldilir.
(055) 436-46-45