Bakıda sürücü sükan arxasında infarkt keçirib qəza törətdi

Bakıda sürücü sükan arxasında infarkt keçirib.
Hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Bakı şəhəri sakini, 1969-cu il təvəllüdlü Akif Rəhmanov idarə etdiyi “Renault” markalı 99-SB-773 dövlət qeydiyyat nişanlı maşınla hərəkətdə olarkən sükan arxasında infarkt keçirib.
Nəticədə avtomobil səkiyə çırpılıb. Xəstəxanaya yerləşdirilən A.Rəhmanov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.