Pasiyentinin ölümündə təqsirləndirilən estetik mərkəzin direktorunun məhkəməsi başlayır

Pasiyentinin ölümündə təqsirləndirilən estetik mərkəzin direktorunun məhkəməsi başlayır
Dostuna göndər xəbərdən agah olsun:

Cərrahi əməliyyatdan sonra pasiyentinin ölümündə təqsirləndirilən estetik mərkəzin direktorunun cinayət işinin istintaqı tamamlanıb.

 

Bu barədə Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, istintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlamaqda, həmçinin növbəti gün isə xəstədə qanaxma baş verdikdə isə onu köməksiz vəziyyətdə qoymaqda şübhəli bilinib.

 

Məlumata görə, S.Vəliyeva keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən ölüb.

 

“Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib”, – məlumatda qeyd olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45