Moskva vilayətində təyyarə qəzaya uğrayıb, pilotlar həlak olub

Moskva vilayətində “Aleks-251” amfibiya təyyarəsi qəzaya uğrayıb.
Bu barədə “İnterfaks”a fövqəladə hallar xidməti məlumat verib.
İlkin məlumatlara görə, iki ekipaj üzvü ölüb.
Amfibiya təyyarəsinin Ruza şəhəri yaxınlığında təlim uçuşu zamanı qəzaya uğradığı bildirilir.