Seneqal sahillərində Avropaya keçmək istəy göyərtəsində 200 miqrantın olduğu qayıq batıb

Seneqal sahillərində Avropaya keçmək istəy göyərtəsində 200 miqrantın olduğu qayıq batıb
Dostuna göndər xəbərdən agah olsun:

Seneqaldan Avropa İttifaqı (Aİ) ölkələrinə keçməyə çalışan 200 qeyri-qanuni miqrantı daşıyan qayıq batıb.

Bu barədə “Seneweb” xəbər portalı məlumat yayıb.

Qeyd edilib ki, hazırda itkin düşənlərin axtarışı aparılır, onların dəqiq sayı məlum deyil. Səlahiyyətlilər dörd nəfərin öldüyünü təsdiqləyiblər.

Öz növbəsində, “Reuters” bildirib ki, altı nəfər ölüb və dörd nəfər xilas edilib.

Qayıq sahildən 4 km aralıda çevrilib. Göyərtədə olan miqrantların əksəriyyəti Seneqalın sahil şəhəri Mburun sakinləri olub. Qəzanın səbəbləri məlum deyil.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45