Biləcəridə yola bitum dağılıb: 6 avtomobil qəza edib

Binəqədi rayonunda zəncivari qəza baş verib.
Agah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Biləcəriyə düşən enişli yolda bitumdaşıyan yük maşınında sızma baş verib. Nəticədə yolun hərəkət hissəsinə sürüşkən neft məhsulu olan bitum tökülüb. Bu səbəbdən idarəetmədən çıxan 6 avtomobilə və bir iritutumlu avtobusa ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.